1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Polisin azarkeşlərə tribunada müdaxiləsinə icazə verildi
"Polis haqqında” Azərbaycan Respublikasının Qanununa idman tədbirləri ilə bağlı yeni bənd əlavə olunub. Sportnet.az-ın məlumatına görə, bu əlavə "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” aprelin 28-də qəbul olunmuş qanuna uyğunlaşdırılma məqsədi ilə edilib.
Polisin vəzifələrinə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində daha bir bənd əlavə olunub. Bundan sonra polis kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək hüququna da malik olacaq.