1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Xəzər Lənkəran"a qol vurmağı çox istəyirdim"
"8 ildən sonra tilsimi qırdığımız üçün çox sevinirəm". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Fəhmin Muradbəyli səfərdə "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra deyib.
19 yaşlı hücumçu bütün komanda yoldaşlarının əziyyəti bahasına qalib gəldiklərini və ikinci qolu vuraraq, qələbədə payının olduğu üçün çox sevindiyi bildirib: "Mən əsasən, sağ cinahda çıxış edirəm. Bu gün isə mərkəz hücumçusu idim. Düzdür, əvvəllər də bu mövqedə oynamışdım. Az-çox bilgim var idi. Belə bir oyunda sırf hücumçu mövqeyində oynamaq mənə çox çətin idi. Bunun öhdəsindən gəlməyə çalışırdım. İkinci hissədə dəyişiklik oldu. Mən əvvəlki mövqeyimə qayıtdım və hər şey yaxşı alındı. Qalib gəldik, amma bundan da yaxşı qələbələrlə azarkeşlərimizi sevindirəcəyik. Bütün komanda yoldaşlarımı təbrik edirəm. Çox əziyyət çəkdik. Layiqli qələbə qazandığımızı düşünürəm".
Muradbəyli 75-ci dəqiqədə vurduğu qolu karyerasının ən vacib qol kimi dəyərləndirib: "Xəzər Lənkəran"a qol vurmağı çox istəyirdim. Çünki hamı "Neftçi" ilə "Xəzər Lənkəran"ın əzəli rəqib olduğunu və iki komanda arasındakı matçların çox gərgin keçdiyini bilir. Bu oyunda komandama kömək etmək borcumdur. Mən belə fikirləşirəm. İlk oyunda penalti yaratsam da, qol istəyimə çata bilməmişdim. Çox şükür ki, bu gün istəyimə çatdım və borcumu yerinə yetirdim".
Gənc forvard bildirib ki, oyundan sonra klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin komandanı təbrik edərkən, onlara mükafat barədə bir söz deyilməyib: "Sadəcə, içəri girərək, bizi təbrik etdi. Xoş sözlər dedi. Mükafat barədə hələ bir söz deməyiblər. Bakıya qayıdaq, görərik".
Muradbəyli qələbədə baş məşqçi dəyişikliyinin nə dərəcədə rol oynadığına dair sualı isə belə cavablandırıb: "Hər iki baş məşqçi - Samir Əliyev, Əsgər Abdullayev kimi "Neftçi"də tarix yazmış mütəxəssislərlə işləmək mənim üçün böyük şərəfdir. Bizim işimiz meydanda can qoymaqdır. Mən onları müqayisə edə bilmərəm. Bu gün də eyni oyunu sərgiləməyə çalışırdıq. Başqa bir şey istəmirdik".
Qeyd edək ki, Fəhmin Muradbəyli 75-ci dəqiqədə vurulmuş ikinci qolun müəllifi olub.