
Jiye komandasının qrup mərhələsində vurduğu 6 qoldan yarısının müəllifi sayılır. Klubu isə yalnız "Qarabağ"ın qapısından top keçirə bilməyib. Bakıdakı matçda "Anderlext" 0:1 hesabı ilə uduzub. Bununla belə, 31 yaşlı yarımmüdafiəçi komandasının belə mürəkkəb sınaqlardan üzüağ çıxma təcrübəsinə malik olduğunu iddia edib: "Düzdür, bizim böyük xidmətlərimiz olmayıb. Amma hamının eyni hədəf uğrunda bir araya gəlməyi vacibdir. Həmçinin, baş məşqçi Besnik Hasinin də işini qeyd etməliyik. Onun etdiyi dəyişiklikləri sayəsində oyundan-oyuna artırırıq".