
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun növbəti görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, "Bakcell Arena"da son 5 ilin çempionları "Neftçi" ilə "Qarabağ" komandaları üz-üzə gəlib.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Yeganə qolu cərimə zərbəsindən Rəhman Hacıyev vurub. Bununla da "Neftçi" xallarını 19-a çatdırsa da, 5-ci pillədə, 32 xala malik "Qarabağ" isə 1-ci pillədə qalıb.
PREVYU
Hər iki klub ölkə çempionatı tarixində daim yüksək liqada çıxış edib. "Neftçi" son 5 mövsümün ilk 3-də, "Qarabağ" isə axırıncı 2-də qızıl medala sahib olub. Hazırda Ağdam komandası 32 xalla vahid lider olduğu halda, flaqman 16 xalla 6-cıdır. Qələbə heç bir komandanın mövqeyinə təsir etməyəcək. Amma "ağ-qaralar" özündən bir pillə irəlidəki "Kəpəz"in xal itkisindən sonra xal fərqini minimuma endirə bilər.
Tarixə nəzər saldıqda, "Neftçi" ilə "Qarabağ"ın Premyer Liqada 61 dəfə qarşılaşdıqları məlum olur. Bunlardan 17-də paytaxt, 20-də Ağdam təmsilçisi qalib gəlib, 24 qarşılaşmada heç-heçə qeydə alınıb. Vurulan topların nisbəti 58:60-dır. Digər tərəfdən, "Neftçi" 9 oyundur "Qarabağ”a qalib gəlmir. Bakılılar bu qarşılaşmalarda cəmi 4 xal əldə edib. Ağdamlılar sonuncu dəfə 2013-cü il mayın 4-də məğlub olub. "Qarabağ” son 3 səfər oyununda qalib gəlib.
İki komanda arasında ilk dövrədə "Qarabağ"ın yeni arenasında keçirilmiş qarşılaşma böyük səs-küyə səbəb olmuşdu. "Neftçi" hesabda irəlidə olduğu vaxt uzatma dəqiqələrində keçmiş FİFA referisi Fariz Yusifovun "Qarabağ" lehinə təyin etdiyi penalti qarşı tərəfində ciddi narazılığı ilə qarşılanmış, AFFA Hakimlər Komitəsi isə onu 5 oyunluq diskvalifikasiya etmişdi. Məhz həmin penalti sayəsində meydan sahibləri məğlubiyyətdən qurtulmuşdular - 1:1.
İndi isə "Neftçi" Əsgər Abdullayevin rəhbərliyi altında ilk ev oyununa çıxacaq. Abdullayevin komandası ötən tur "Xəzər Lənkəran" Mərkəzi Arenasında eyniadlı komandanı tarixdə ilk dəfə məğlubiyyətə uğradıb. "Qarabağ"ın isə 3 gün öncə Avropa Liqası matçında İngiltərə "Tottenhem"inə məğlubiyyətdən sonra fiziki və psixoloji yorğunluğu necə dəf edəcəyi maraq doğurur.
PROTOKOL
İndi isə "Neftçi" Əsgər Abdullayevin rəhbərliyi altında ilk ev oyununa çıxacaq. Abdullayevin komandası ötən tur "Xəzər Lənkəran" Mərkəzi Arenasında eyniadlı komandanı tarixdə ilk dəfə məğlubiyyətə uğradıb. "Qarabağ"ın isə 3 gün öncə Avropa Liqası matçında İngiltərə "Tottenhem"inə məğlubiyyətdən sonra fiziki və psixoloji yorğunluğu necə dəf edəcəyi maraq doğurur.
PROTOKOL
Azərbaycan Premyer Liqası
XIV tur
29 noyabr (bazar)
17:00. "Neftçi” – "Qarabağ” - 1:0
Qol: Rəhman Hacıyev, 65
Qol: Rəhman Hacıyev, 65
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
"Bakcell Arena”, 6500 tamaşaçı
Sarı vərəqələr: Aylton Silva, 29 (qeyri-idman hərəkəti); Rəhman Hacıyev, 65 (qeyri-idman hərəkəti); Rahil Məmmədov, 67 (qeyri-idman hərəkəti); Kamal Qurbanov, 90+2 (oyunun bərpasını ləngitdiyinə görə); Məhəmməd Qurbanov, 90+4 (qeyri-idman hərəkəti) // Maksim Medvedev, 33 (qeyri-idman hərəkəti); Migel Madera, 38 (qeyri-idman hərəkəti)
Ehtiyat oyunçular:24. Miçal Peskoviç 3. Filyo Jairo Rodriges 21. Samir Məsimov 16. Əziz Quliyev 41. Aqşin Qurbanlı
Baş məşqçi: Əsgər Abdullayev
"Qarabağ”: 13. İbrahim Şehiç 5. Maksim Medvedev (k) 6. Vüqar Mustafayev 8. Migel Madera (20. Riçard Almeyda, 62) 11. Elvin Məmmədov 18. İlqar Qurbanov 22. Əfran İsmayılov (10. Dani, 62) 55. Bədavi Hüseynov 32. Elvin Yunuszadə 70. Marinaldo Çiçero 90. Samuel Armenteros (29. Raydell Pupon, 71)
Ehtiyat oyunçular:1. Fərhad Vəliyev 2. Qara Qarayev 33. Eltun Turabov 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
28 noyabr
AZAL – "Sumqayıt" - 2:0
Qollar: Murad Səttarlı, 20. Ruslan Nəsirli, 84
"Zirə" - "Xəzər Lənkəran" - 1:0
Qol: Zaman Mirzəzadə, 49 (avtoqol)
Qırmızı vərəqələr: Nelson Bonilya, 59 - Elşən Rzazadə, 56
27 noyabr
"Kəpəz” (Gəncə) – "İnter” (Bakı) - 0:0
Vurulmayan penalti: Nizami Hacıyev, 29 ("İnter")
Qeyd edək ki, XIV tura noyabrın 30-da keçiriləcək "Qəbələ" - "Rəvan" matçı ilə yekun vurulacaq.
Bombardirlər: Riçard Almeyda ("Qarabağ") - 6, Ruslan Qurbanov ("Neftçi"), Aleksey Antonov ("Qəbələ"), Dieqo Martins ("İnter") - hamısı 5 qol.
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 14 | 10 | 2 | 2 | 24-9 | 32 |
| 2 | İnter | 14 | 6 | 6 | 2 | 12-8 | 24 |
| 3 | Zirə | 14 | 6 | 6 | 2 | 14-11 | 24 |
| 4 | Qəbələ | 13 | 6 | 5 | 2 | 21-9 | 23 |
| 5 | Kəpəz | 14 | 5 | 5 | 4 | 15-14 | 20 |
| 6 | Neftçi | 14 | 5 | 4 | 5 | 16-15 | 19 |
| 7 | Sumqayıt | 14 | 2 | 6 | 6 | 13-19 | 12 |
| 8 | Xəzər Lənkəran | 14 | 3 | 3 | 8 | 10-19 | 12 |
| 9 | AZAL | 14 | 3 | 3 | 8 | 8-17 | 12 |
| 10 | Rəvan | 13 | 2 | 2 | 9 | 8-20 | 8 |
Bombardirlər: Riçard Almeyda ("Qarabağ") - 6, Ruslan Qurbanov ("Neftçi"), Aleksey Antonov ("Qəbələ"), Dieqo Martins ("İnter") - hamısı 5 qol.








































































