Bakı Metropoliteni "Qəbələ" klubunun müraciətini cavablandırıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciət Rusiya "Krasnodar"ı ilə Avropa Liqasının qrup mərhələsindəki VI tur matçından sonra metronun iş rejiminin saat 01:00-dək uzadılması xahişi ilə edilib.
"Qəbələ" İdman Klubu dekabrın 10-da saat 22:00-da başlanacaq qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq bu addımı atıb. Öz növbəsində Bakı Metropoliteni müraciətə müsbət reaksiya verib. Klub isə buna görə Metropolitenə təşəkkür edib.
Qeyd edək ki, "Qəbələ" - "Krasnodar" matçı metronun "Neftçilər" və "Xalqlar dostluğu" stansiyalarına yaxın olan "Bakcell Arena"da keçiriləcək.