
Avropa Liqasının qrup mərhələsinin son oyununda Rusiya "Krasnodar"ına qarşı keçiriləcək oyunda "Qəbələ"nin futbolçusu Dodo iştirak etməyə bilər. Sportnet.az-ın məlumatına görə, buna səbəb braziliyalının xəstələnməsidir.
Qripə yoluxan futbolçu dünən və bu gün komandayla məşqlərə qoşulmayıb. Onun "Krasnodar"la oyunda meydanda olub-olmayacağı isə sabah müəyyənləşəcək.








































































