"Qarabağ" komandası bu gün Avropa Liqasının qrup mərhələsində son oyununa çıxacaq. Sportnet.az-ın məlumatına görə, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək görüşdə rəqib "Anderlext" olacaq.
Bu görüş Azərbaycan təmsilçisi üçün az əhəmiyyət kəsb etmir. Növbəti mərhələyə yüksəlmə şanslarını qoruyan "Qarabağ"a ilk növbədə, qələbə lazımdır. Buna nail olacağı təqdirdə, komandamız İngiltərə "Tottenhem"i və Fransa "Monako"su arasında keçiriləcək oyunda meydan sahiblərinin xal itirməməsinə ümid etməlidir. Artıq 1/16 finala vəsiqəni təmin etmiş "Tottenhem" hətta heç-heçə etsə, "Qarabağ" Belçikadakı qələbə sayəsində qrupda 2-ci yeri tutaraq, mərhələ adlayacaq. Çünki Ağdam komandası "Monako" və "Anderlext"lə oyunlarda daha çox - 7 xal topladığı halda, "Monako" 5, "Anderlext" 4 xal əldə edib.
Qeyd edək ki, bu matçda qonaq komandadan zədəli Reynaldo və Ansi Aqolli meydana çıxmayacaq.
11 dekabr
00:05. "Anderlext" (Belçika) - "Qarabağ" (Azərbaycan) - 2:1
Qollar: Andi Naxar, 28. Stefano Okaka, 31 - Dani Kintana, 27
Baş hakim: Slavko Vinçiç
Yan xətt hakimləri: Boyan Ul, Tomaş Klançnik
Əlavə köməkçi hakimlər: Roberto Ponis, Draqoslav Periç
Dördüncü hakim: Andras Kovaçiç (hamısı Sloveniya)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Qabriel Vayss (Slovakiya)
Brüssel. Konstant Vanden Stok Stadionu.
Xal durumu: "Tottenhem" - 10. "Anderlext" - 7. "Monako" - 6. "Qarabağ" - 4.