
"Çətin oyun oldu. Qələbə münasibətilə uşaqları və azarkeşləri təbrik edirəm". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "İnter"ə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
Gənc mütəxəssis oyunboyu çılğınlığının səbəbini belə izah edib: "Komandamın qələbəsi naminə 10 qat çılğınlıq edərəm. "İnter"in necə oynadığını bilirdik. Biz başqa sistemlə oyuna çıxdıq. İtkilərə rəğmən, futbolçularım ürəklərini qoyub qələbə qazandılar. Məcburiyyətdən 5 yox, 4 müdafiəçi ilə oynadıq. Sistem-zad boş şeydir. Əsas odur ki, uşaqlar ürəklərini qoydular".







































































