
2016-cı ildə Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının ümumi mükafat fondu 301 milyon avro olacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə qurumun baş katibi Canni İnfantino açıqlama verib.
O bildirib ki, çempionatın qalibi 27 milyon avro alacaq. Eyni zamannda, 24 yığma hərəyə 8 milyon avro alacaq. Qrup mərhələsində qələbəyə 1 milyon avro, heç-heçəyə isə 500 min dollar ödəniləcək.
"Pley-off"a çıxanlara nəticəyə uyğun bonus verilməyəcək. Əvəzində 1/8 final mərhələsinin bütün iştirakçıları əlavə 1,5 milyon avro, 1/4 finalçıların hər biri 2,5 milyon avro qazanacaqlar. Yarımfinalçılar əlavə 4 milyon avro irəli düşəcəklər. İyulun 10-da "Stad de Frans"da keçiriləcək final matçının qalibi 8 milyon avro alacaq. Həlledici görüşdə uduzana 5 milyon avro mükafat nəzərdə tutulub.
Qeyd edək ki, EURO-2016 Fransada təşkil olunacaq.








































































