
"2 məğlubiyyətdən sonra qələbə qazandıq. Qazanılan 3 xala görə şadam". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze səfərdə "Rəvan"ı 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra deyib.
Gürcüstanlı mütəxəssis "Xəzər Lənkəran"la növbəti qarşılaşmada da qalib gələrək fasiləyə yüksək əhval-ruhiyyədə çıxmaq istədiklərini bildirib: "Özümüzdə güc tapıb qələbə əldə etdik. Çalışacağıq ki, qışa qədər olan son oyunda da yaxşı nəticə qazanıb, evə yaxşı əhval-ruhiyyədə gedək”.








































































