
"İstefa məsələsinə şərhim yoxdur". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk "Zirə"yə səfərdə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra deyib.
Ukraynalı mütəxəssis Sergey Zenyovu 46-cı dəqiqədə Fakundo Pereyra ilə əvəzləməsini estoniyalı hücumçunun zədədən yeni qayıtması ilə əlaqələndirib: "Oyundan öncə Zenyovla danışmışdıq, zədədən yeni qayıdıb. Erkən əvəzləməkdə məqsəd onu zədədən qorumaq idi".
Məğlubiyyətə rəğmən, Qriqorçuk komandasına təşəkkür edib. O, oyunu qarşıdakı günlərdə təhlil edəcəklərini söyləyib: "İlk hissədə bəzi oyunçular məsuliyyəti öz üzərlərinə götürə bilmədilər, ikinci hissədə isə belə hal yaşanmadı”.






































































