Bu gün Azərbaycan Premyer Liqasında XVII turun son iki oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, günün ilk qarşılaşması "Xəzər Lənkəran"la "Kəpəz" komandaları arasında baş tutacaq.
Bölgə təmsilçilərinin duelində 3 xal hər iki komandaya vacibdir. 12 xalla turnir cədvəlinin sonuncusu "Rəvan"dan 1 pillə öndə olan Yunis Hüseynovun komandası qələbə qazanacağı təqdirdə, ən yaxın qonşusu AZAL-la xal fərqini 1-ə endirəcək.
"Kəpəz" isə səfərdən qələbə ilə dönərsə, "Neftçi"ni qabaqlaya bilər. Bu komandaların turnir cədvəlində yerdəyişməsi "Neftçi" - AZAL oyunundan da asılıdır. Bölgə təmsilçiləri indiyədək ölkə çempionatlarında 13 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 10-da Lənkəran, 2-də isə Gəncə təmsilçisi qələbə qazanıb. Bir oyun isə heç-heçə ilə nəticələnib.
Günün və turun son qarşılaşmasında isə "Neftçi" və AZAL komandaları üz-üzə gələcək. Əsgər Abdullayevin gəlişindən sonra uğurlu seriyanı davam etdirən "Neftçi" qələbə qazansa, 5-ci pillədə olmasına baxmayaraq, ən yaxın qonşusu "Qəbələ" ilə xal fərqini 1-ə endirəcək. Həmçinin qələbə AZAL-ın da vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək. "Təyyarəçilər" səfərdə 3 xal qazanacağı təqdirdə, "Sumqayıt"ı qabaqlayaraq 7-ci pilləyə yüksələcək. Cütlüyün bugünədək keçirilmiş 13 oyununda "Neftçi", 6-da AZAL qələbə qazanıb. 8 oyunda isə qalib müəyyənləşməyib.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Nail Nağıyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
"Bakcell Arena"
Qeyd edək ki, ilk 2 oyun günündə "Rəvan" evdə "İnter"ə 0:2, "Qəbələ" səfərdə "Zirə"yə 0:2 hesabı ilə uduzub. "Qarabağ" isə öz meydanında "Sumqayıt"ı yenə bilməyib - 2:2.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.