Qarışıq döyüş üzrə (MMA) dəfələrlə dünya çempionu Fyodor Yemelyanenkonun rəqibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, hindistanlı Caydip Sinqhdir.
Görüş dekabrın 31-də Yaponiyada keçiriləcək. Hazırda məşqlərini davam etdirən Yemelyanenko döyüş məkanına dekabrın 25-də yollanacaq.
Qeyd edək ki, Caydip Sinqh Hindistanda doğulsa da, 3 yaşından Yaponiyada yaşayır. O, karyerası ərzində Yaponiyada 19 döyüş keçirib. 1,98 metr boya malik 28 yaşlı idmançı 2 döyüşünü vaxtından əvvəl başa vurub.