
"Mənə səs verən hər kəsə minnətdaram. Qalib olduğum üçün çox şadam". Sportnet.az-ın məlumatına görə, bu sözləri İdman Araşdırmalar Mərkəzinin həyata keçirdiyi "İlin Qalibləri-2015" layihəsində ilin ən yaxşı əcnəbi futbolçusu seçilən Riçard Almeyda deyib.
"Riçard Almeyda özü hansı legioneri ən yaxşı hesab edir” sualını braziliyalı futbolçu belə cavablandırıb: "Mənə görə Azərbaycanda ilin ən yaxşı legioneri Aleksay Qaydı”.








































































