1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz" - "Neftçi" oyununda qalmaqal
Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində hazırda davam edən "Kəpəz" - "Neftçi" oyununda qalmaqal yaşanıb. Sportnet.az-ın məlumatına görə, hadisə matçın sonuncu 15 dəqiqəsində baş verib.
Top qonaqların futbolçusundan auta çıxsa da, yan xətt hakimi Mehman Mahmudov "Kəpəz"in əlehinə qərar verib. Hadisə meydan sahiblərinə aid texniki zonanın yanında olduğundan baş məşqçi Şahin Diniyev qərara etiraz edib.
Bundan sonra "Neftçi"nin futbolçusu Erik Ramos da Diniyevə öz etirazını bildirib və nəticədə tərəflər arasında qarşıdurma yaşanıb. Baş hakim Ömər Paşayev Ramosa sarı vərəqə göstərib. Diniyev qapıçı Aqil Məmmədov vasitəsilə Ramosu yanına çağıraraq qucaqlayıb. Bundan sonra oyun davam edib.