
"Çox zəif çıxış etdik. Oyunçularımız yox dərəcəsindədir. Əvəzedici heyətdə 90 dəqiqə çıxış etmiş komandanı bu gün də meydana buraxdıq". Sportnet.az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov "İnter"ə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra deyib.
O bildirib ki, maliyyə problemləri yaşayan komandanın taleyi rəhbərliyin qərarından asılı olacaq: "Mən qış fasiləsində nələrin baş verəcəyini deyə bilmərəm. Bu, rəhbərliyin qərarından asılı olacaq. Amma yaxşı çıxış etməsi üçün "Xəzər Lənkəran"a ən azı 15 yeni futbolçu lazımdır".