
"Qarabağ”ın Antalya toplanışı zamanı yoxalama oyununda qarşılaşacağı rəqiblər bəlli olub. Sportnet.az-ın məlumatına görə, bu barədə qol.az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Ağdam təmsilçisi hazırlıq ərzində üç yoxlama oyununda qüvvəsini sınayacaq. "Qarabağ” yanvarın 21-də Təbrizin "Traktor Sazi” klubu ilə qarşılaşacaq. Yanvarın 23-də isə komanda iki görüş keçirəcək. Əvvəlcə Türkmənistan çempionu "Altın Asır”la qarşılaşacaq "atlılar” daha sonra Polşanın "Yaqelloniya” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ” yanvarın 5-dən 24-dək Antalyada hazırlıq keçəcək.







































































