
"Neftçi” klubunda Müşahidə Şurasının iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda 2 qərar qəbul olunub.
İcraçı direktor Elnur Məmmədova tapşırılıb ki, klubun xərclərini mövcüd iqtisadi duruma uyğun olaraq optimallaşdırsın. "Neftçi”nin əsas komandasında baş məşqçi funksiyasının icrasını isə Əsgər Abdullayevin davam etdirməsi məqsədəuyğun sayılıb.







































































