1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Babək Quliyevlə bağlı sensasion açıqlama
"İndiyədək gedişinə heyfsiləndiyim, "Kaş getməyəydi, qalardı" dediyim hakim var. Desəm, özü başqa cür qəbul edər. Amma çəkinmədən deyirəm: Bu, Babək Quliyevdir. Çox gözəl hakim idi. Təəssüf ki, aramızda olmadı". Sportnet.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişində deyib.
Musayev keçmiş FİFA referisinin futboldan getməsinə heyfsiləndiyini vurğulayıb: "Mən həyatım boyu düzünü deyən adamam. Soruşdunuz, dedim".
PFL prezidenti digər hakimlərin kənarlaşdırılmasına qətiyyən təəssüflənmədini əlavə edib: "Bunu kim necə istəyir, elə də qəbul etsin. Babək Quliyevdən başqa digərlərinin hakimlikdən kənarlaşdırılmasına heyfsilənmirəm".
Qeyd edək ki, Babək Quliyev 2009-cu il martın 16-da hakimlikdən kənarlaşdırılıb. Rəsmi səbəb kimi Hakimlər Komitəsinin "Nizam-İntizam Kodeksi”nin 1-ci maddəsinin "h” bəndinə uyğun olaraq, Quliyevin hakim adına xələl gətirən nöqsanlara yol verməsi göstərilib.