Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan futbol klublarından ilk dəfə Bakı "İnter"i yoxlama oyununa çıxacaq. Sportnet.az-ın məlumatına görə, rəqib Almaniyanın "Verder" klubunun U-23 komandası olacaq.
Görüş komandaların hazırlıq keçdiyi Bələk qəsəbəsində baş tutacaq.
17:00. "İnter" (Azərbaycan) - "Verder" U-23 (Almaniya) - 0:1
"İnter": 79. Georgi Lomaya, 14. Zurab Xizanişvili, 4. Laşa Kasradze, 5. Denis Silva, 30. Abbas Hüseynov, 22. İlkin Qırtımov, 8. Nizami Hacıyev, 24. Fuad Bayramov, 10. Elnur Abdullayev, 7. Nika Kvekveskiri, 17. Vüqar Nadirov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 96. Elşən Poladov, 77. Qara Qarayev, 39. Elnur Süleymanov, 45. İlkin Sadıqlı, 12. Ruslan Əmircanov, 2. Taşkın Sərtan
Baş məşqçi: Zaur Svanadze

Qeyd edək ki, "bankirlər" Antalya toplanışında daha 3 qarşılaşma keçirəcək. "Verder"in əsas heyəti ilə görüş yanvarın 15-də baş tutacaq. Ayın 19-da "İnter" Çexiyanın "Slovan", bundan 4 gün sonra isə Qazaxıstanın "Atırau" klubu ilə üz-üzə gələcək. Antalyada "İnter"dən əlavə, "Qarabağ", "Qəbələ" və "Zirə" də təlim-məşq toplanışındadır. "Sumqayıt" isə sentyabrın 16-da qonşu ölkəyə yollanacaq.