
"Çelik" -
"Koper" oyununun danışılmış olması ilə bağlı yeni faktlar üzə çıxıb.
Sportnet.az-ın məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsinin ilk
oyununda üz-üzə gələn Çernoqoriya və Sloveniya təmsilçilərinin görüşündə
bukmekerlər qonaq komandanın qələbəsinə pul qoyuluşunu 100X1 nisbətində qəbul
edib.
Lakin
qarşılaşmaya bir neçə saat qaldıqda bu göstərici 30X1 nisbətinə enib.
"Koper"in böyük hesabla qalib gələcəyinə isə pul qəbulunun əmsalı
ümumiyyətlə, 15X1 nisbətinə enib.
Əgər
0:5 hesabı ilə başa çatan "Çelik" - "Koper" görüşünün
danışılmış olduğu sübut olunarsa, hər iki komanda Avropa Liqasından
kənarlaşdırılacaq. Belə olacağı təqdirdə "Neftçi" II təsnifat
mərhələsində oyun keçirmədən qalib elan ediləcək.
Qeyd
edək ki, daha öncə "Çelik"in qapıçısı Gilyenin 4-cü qolu buraxarkən
topun üstündən attanması şübhələrə əsas verib.