"Bakı" klubu Topaz Premyer Liqasının 2014-2015-ci il mövsümündə iştirakını rəsmən təsdiqləyib. Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, paytaxtın eyniadlı təmsilçisinin elitada oynamasında heç bir problem yoxdur. Keçmiş Aleksandr Tomovskiyə olan borc üzündən "Bakı"nın I diviziona göndərilmə ehtimalına da münasibət bildirən Musayev bu məsələnin tezliklə həllini tapacağına inam ifadə edib.
Qeyd edək ki, "Bakı"nın maliyyə problemləri üzündən I diviziona göndərilmə, hətta dağılma təhlükəsi ilə üzləşdiyi bildirilir.