1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Georgi Nikolov: "Onlar "Elfsborq"dan da zəifdirlər"
Həm "Neman", həm də "Hafnarfyördur" keçiləsi komandalardır. Hətta onlar hazırkı rəqibimiz "Elfsborq"dan da zəifdirlər". Bunu Sportnet.az-a Bakının "İnter" klubunun prezidenti Georgi Nikolov Avropa Liqasının III təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
Nikolov bildirib ki, bu mövsüm "İnter"in Avropa Liqasında püşk sarıdan bəxti gətirməkdədir. Hərçənd o, İsveçdə 1:0 hesabı ilə yendikləri "Elfsborq"u hədiyyə saymayıb: "Biz İsveçdə qələbə qazansaq da, cavab görüşündə diqqətli olmalıyıq. Düzdür, həmin oyunu 90 dəqiqə hücumda keçirdik və xeyli qol vurmaq imkanımız oldu. Amma Bakıdakı cavab görüşündə rəqib təcrübəsindən yararlanaraq bizə problemlər yarada bilər".
"İnter"in yaratdığı imkanları boşa verməsi komandada səviyyəli hücumçuya ehtiyac duyulduğunu bir daha nümayiş etdirir. Nikolov isə bildirib ki, hazırda bu istiqamətdə axtarışlar davam edir. O, hələlik yalnız bir hücumçunu - Omar Kossokonu bəyəndiklərini, lakin onun Bolqarıstan "Liteks"i ilə müqavilə bağladığını xatırladıb.
"İnter"İn prezidenti hücumçu probleminin avrokuboklardakı digər klublarımızda da yaşandığını söyləyib: "Gördüyünüz kimi "Qarabağ" Maltada "Valletta" ilə qarşılaşmada xeyli qol imkanını boşa verdi. "Neftçi" isə Nikolas Kanalesi əldən verdikdən sonra səviyyəli hücumçu tapa bilmir. Məncə hücumçu qıtlığı Azərbaycan futbolunun bəlasıdır".