
Maltanın "Valletta" klubunun baş məşqçisi Cilbert Aqius Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la oyunöncəsi mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, Aqius bunları bildirib:
- Ötən illərdə Avroliqada göstərdiyi nəticələr göstərir ki, "Qarabağ" yaxşı komandadır. Biz qürurumuz üçün mübarizə aparacağıq və inanıram ki, maraqlı mübarizə olacaq".
- Əsas tapşırığınız məğlub olmamaq olacaq, ya çox top buraxmamaq?
- Mən məşqçiliyə yeni başlamışam. Mənim üçün vacib olan amil yaxşı performans göstərməkdir, nəticə vacib deyil. əgər performans göstərsələr, nəticə öz-özünə gələcək.
- Adətən səfərdə olan komandalar oyun saatında məşqə çıxır. Siz isə "Qarabağ"dan öncə məşq edirsiniz. Bunun səbəbi nədir?
- Bunun iki səbəbi var. Oyun vaxtında məşq etsəydik otelə gedib yemək yemək gec olardı. Həm də oyuna qədər istirahət etməyə daha çox vaxt olar.
- "Zalsburq" haqda düşünürsünüz?
- Turu keçsək bu haqda düşünərik. Ancaq keçmədikdən sonra bu kimi şeylər zaman itkisidir.
- "Valletta"nın futbolçuları iddilı danışır, ancaq siz sanki indidən təslim olursunuz. Bunun səbəbi nədir? Siz artıq "Qarabağ"a təslim olmusunuz?
- Mən heç vaxt pessimist olduğumu düşünmürəm.
- İlk oyunda qapıçı qəhrəmanlıq etdi, penalti zərbəsini dəf etdi. Sabah "Qarabağ" qarşısında hansı sürprizə hazırlaşırsınız?
- Mən fikirləşirəm ki, ev oyununda qapıçımız yaxşı seyvlər etdi. Ancaq həmin oyunda yaxşı oynayan futbolçularımız vardı. Ümid edirəm ki, sabahkı oyunda qapıçı qəhrəman olmaz.
Rövşən ƏHLİMANOĞLU