1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dorinel Muntyanu: "Komandanın çatışmayan tərəflərini gördük"
Hollandiya toplanışının ardından "Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu hazırlıq prosesi və digər məsələlər barədə fikirlərini bildirib. Sportnet.a-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rumıniyalı mütəxəssis komandanın hazırlığından razı qaldığını deyib.
Muntyanu çempionata start verəcəkləri heyəti formalaşdırmağı bacardığını söyləyib: "Yaxşı oyunlar keçirdik. Yoxlama matçlarında komandanın problemlərini, çatışmayan tərəflərini gördük. Hazırda o problemlərin həlli üzərində çalışırıq. Çempionatın startınadək qısa da olsa, səhvlərimiz üzərində işləmək vaxtımız və imkanımız var. Bu vaxt kəsiyindən maksimum yararlanacağıq. Komanda yeni formalaşıb, heyətdə yeni futbolçular var. Bu baxımdan komplektləşmək, bütöv komanda kimi formalaşmaq müəyyən vaxt tələb edir. Fikrimizi çempionatın ilk matçına yönəltmişik. Premyer Liqaya uğurlu start vermək istəyirik”.
Çempionatın ilk turunda "Qəbələ” ilə qarşılaşaq "İnter"dən danışan 46 yaşlı mütəxəssis uğura aparan vacib məqamlardan da bəhs edib: "Yeni futbolçu, gənc futbolçu anlayışını ortadan qaldırıb güclü "Qəbələ” formalaşdırmaq istiqamətində işləyirik. Heyətdəki bütün futbolçular bizə lazımdır və onların xidmətindən maksimum yararlanacağıq. Məqsədimiz komandamızın imicini yüksəltmək, onu hədəflərinə çatdırmaqdır. Bunun üçün meydançaya çıxan hər bir futbolçu məsulliyətini yaxşı anlamalı, əzmkar olmalı, gücünü sonadək qoymalıdır. Qarşıda bizi "İnter”lə çətin oyun gözləyir. Rəqib haqda lazımi məlumatlara malikik. Vacib məqam futbolçuların ilk oyuna münasibəti, onların gücünü və bacarığını necə nümayiş etdirməsi ilə bağlıdır. Umumiyyətlə, bu məqam bütün oyunlar üçün həlledicidir. Bu faktorlar bizə istədiyimiz hədəflərə çatmağa imkan yaradacaq".