
Qoçaşvili isə stadionun çölündə polis maşınına doldurulan gürcü fanatları çəkərkən saxlanıldıqlarını və bölməyə aparıldıqlarını açıqlayıb. Onun sözlərinə görə, bölmədə hamıya "Kim idi "Ermənistan" qışqıran?" sualı ünvanlanıb. Jurnalist bildirib ki, tutulanlar yarım saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıblar. Stadionun çölündən çəkilmiş süjetlər isə kameradan silinib.
Qeyd edək ki, "Neftçi" - "Çixura" matçında qalmaqala gürcüstanlı azarkeşlərin "Bakcell Arena"da separatçı banner açmaları səbəb olub. Həmin bannerin üzərində Gürcüstan ərazisi Qax və Zaqatala rayonları ilə birgə təsvir olunub və "This is Georgia" ("Bura Gürcüstandır") sözləri yazılıb. Azərbaycanlı azarkeşlərin və polislərin müdaxiləsindən sonra banner yığışdırılıb və qonaq komanda fanatları stadiondan çölə çıxarılıblar.