
"Ələkbər Məmmədovun ölümündən 2 saat öncə xəbər tutmuşam". Bunu Sportnet.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu Kazbek Tuayev deyib.
O bildirib ki, hələlik Məmmədovun dəfni ilə bağlı məsələlərə aydınlıq gəlməyib: "Hazırda Almaniyada yaşayan qızının gəlişini gözləyirik. Dəfn məsələləri ilə AFFA-nın baş katibi Elxan Məmmədov məşğuldur".
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin üzvü və Azərbaycanın məşhur futbolçusu Ələkbər Məmmədovun meyiti bu gün mənzilindən tapılıb.