Dağılma təhlükəsi ilə üzləşən "Bakı"nın vitse-prezidenti Yaşar Seyidov klub akademiyasından söz açıb. Sportnet.az-a danışan Seyidov klubun dağılma təhlükəsi ilə qarşılaşdığını bildirərək akademiyanın yetişdirdiyi gənc futbolçuların xidmətin yararlana bilməyəcəklərini söyləyib.
Klub rəsmisi açıqlamasında bunları söyləyib: "Vaxt var idi ki, hər kəs bizi tənqid edirdi. Ancaq indi bizim akademiyanın yetişdirdiyi futbolçular ölkənin aparıcı klublarının transfer siyahısındadır. Məni narahat edən məsələ budur ki, biz öz yetişdirdiyimiz futbolçulara sahib çıxa bilmədik".