İtaliya Futbol Federasiyasının yeni prezidenti Karlo Tevekkyo əsas məsələlərdən birini yoluna qoyub. Sportnet.az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, artıq İtaliya yığmasına baş məşqçi təyinatı məsələsi həllini tapıb.
Tevekkyo "Yuventus"un sabiq baş məşqçisi ilə prinsipil anlaşma əldə edib. Daha öncə Konte belə təkliflərdən qətiyyətlə imtina edirdi. Müqavilənin 2016-cı il Avropa çempionatının sonunadək bağlanacağı güman olunur. Yeni baş məşqçi təkcə əsas millinin yox, digər yaş qrupları üzrə yığmaların işini koordinasiya edəcək.
Qeyd edək ki, İtaliya Azərbaycan yığmasının Avro-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərindəndir. İki komanda arasında ilk oyun oktyabrın 10-da Palermoda, cavab görüşü isə gələn ilin eyni tarixində Bakıda olacaq.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |