Ona Allahdan rəhmət, bütün sevənlərinə başsağlığı dilənib.
Qeyd edək ki, Süleyman Səba 5 aprel 1926-cı ildə Sakaryanın Hendek qəsəbəsində doğulub. O, 1943-cü ildə "Beşiktaş"ın gənclərdən ibarət, 1945-ci ildə əsas komandasına cəlb olunub. 1947-ci ildə "İnönü" stadionunun açılış matçında Səba İsveç AİK-inin qapısına qol vurub. Həmin qol bu stadionda türk futbolçunun vurduğu ilk qol kimi tarixə düşüb. 1954-cü ildə menisk zədəsi üçün futbolu buraxmalı olan Səba "Beşiktaş" forması ilə 8 il ərzində 44 qol vurub. Sonradan o, kluba üzv olaraq, əvvəlcə İdarə Heyətinə, 1984-cü ildə isə prezident vəzifəsinə seçilib. Mərhumun 16 illik fəaliyyəti dövründə "Beşiktaş" 5 çempionluq, 4 kubok və digər mükafatlar əldə edib, kluba bir neçə baza tikdirib, "İnönü" stadionu 49 illik icarəyə götürülüb. 13 fevral 2000-ci ildə isə o, prezidentlikdən gedib və ömrünün sonunadək fəxri prezident statusu alıb.