"AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin məlumatında yanlışlığa yol verilib". Bunu Sportnet.az-a açıqlamasında "Bakı"nın vitse-prezidenti Yaşar Seyidov deyib.
O bildirib ki, komitənin azad agent statusu verdiyi "Bakı"nın futbolçuları Əfran İsmayılov, Rauf Əliyev, Namik Ələsgərov, Şəhriyar Əliyev, Vadim Abdullayev, Vüqar Mustafayev və Elşən Rzazadə əvvəllər "Bakı"dan müqavilələrində nəzərdə tutulduğundan 10 qat artıq pul alıblar. Seyidovun sözlərinə görə, futbolçuların özlərinin imzaladıqları əmək haqqı cədvəlləri klubun mühasibatlığında da var. Klub rəsmisi həmin sənədlərin gələn həftə AFFA-ya təqdim olunacağını əlavə edib: "Məsələ burasındadır ki, biz müqavilə bağlayarkən, anlaşmada nəzərdə tutulan illik məbləği bərabər şəkildə aylara bölmürük, onların böyük hissəsini əvvəlcədən, qalanlarını da hissə-hissə veririk. Yəni, istənilən halda, müqavilədə göstərilən pulu anlaşmanın əhatə olunduğu dövr ərzində futbolçulara çatdırırıq. Bu mənada, Oyunçuların Statusu və Transferi Komitəsi futbolçuların müraciətinə baxarkən, qarşı tərəf kimi bizdən heç bir sənəd istəməyib. Halbuki biz hələ əvvəldən müvafiq sənədləri təqdim etməyə hazır idik. Hətta bu barədə öncədən də komitəyə məktubla müraciət etmişdik. Amma bu qurum futbolçularımıza azad agent statusu verərkən, "Bakı"dan heç bir sənəd almayıb".
Qeyd edək ki, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi ötən gün "Bakı"nın 6 futbolçusuna azad agent statusu verməsinə dair məlumat yayıb. Məlumata əsasən, Əfran İsmayılov, Rauf Əliyev, Namik Ələsgərov, Şəhriyar Əliyev, Vadim Abdullayev, Vüqar Mustafayev və Elşən Rzazadəyə 2014-cü ilin əvvəlindən "Bakı"nın heç bir ödəniş etməməsi əsas götürülərək, onlara azad agent statusu verilib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |