Türkiyənin Ərzurum şəhərində XI beynəlxalq "Palandökən" turnirinin komanda kumite yarışlarında Azərbaycan yığması Ermənistanla üz-üzə gəlib. Sportnet.az-ın məlumatına görə, komandamız rəqibi üzərində inamlı qələbə qazanıb.
Karateçilərimizdən Pənah Abdullayev və Əli Cəfərov 7:0 hesablı qələbə qazanıblar. Komandamızın heyətində həmçinin Yusif Əliyevlə Vüsal İsrafilov da yer alıb. Təmsilçilərimizi dəstəkləyənlər arasında türk azarkeşlər də olub. Görüşdən dərhal sonra pərt vəziyyətə düşən ermənilər yarış zalını tərk ediblər. Karateçimiz isə qələbə qazandıqdan sonra sevinc göz yaşlarına boğulub.