Rusiya milli komandasının sentyabrın 3-də Azərbaycanla yoldaşlıq görüşü, sentyabrın 9-da Lixtenşteynlə 2016-cı il Avropa çempionatının seçmə qrup matçı üçün ilkin heyəti açıqlanıb. Sportnet.az-ın Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Fabio Kapello 30 futbolçuya dəvət göndərib.
Sonradan o, futbolçu sayını azaldacaq:
Qapıçılar: İqor Akinfeyev (MOİK, Moskva), Yuri Lodıgin ("Zenit"), Artyom Rebrov ("Spartak", Moskva)
Müdafiəçilər: Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Kirill Nababkin (hamısı MOİK, Moskva), Vladimir Qranat ("Dinamo", Moskva), Andrey Yeşenko ("Kuban"), Dmitri Kombarov, Yevgeni Makeyev, Sergey Parşivlyuk (hamısı "Spartak", Moskva) Andrey Semyonov ("Terek"), İqor Smolnikov ("Zenit").
Yarımmüdafiəçilər: Yuri Qazinski ("Krasnodar"), Denis Qluşakov ("Spartak", Moskva), İqor Denisov ("Dinamo", Moskva), Alan Zaqoyev, Kirill Pançenko (hər ikisi MOİK, Moskva), Pavel Mogileveç, Maqomed Ozdoyev (hər ikisi "Rubin"), Dmitri Tarasov ("Lokomotiv", Moskva), Viktor Fayzulin, Oleq Şatov (hər ikisi "Zenit").
Hücumçular: Artyom Dzyuba ("Spartak"), Aleksandr Kerjakov ("Zenit"), Kiril Pançenko (CSKA, Moskva), Aleksey İonov, Aleksandr Kokorin (hər ikisi "Dinamo", Moskva), Maksim Kanunnikov ("Rubin"), Dmitri Poloz ("Rostov"), Aleksandr Səmədov ("Lokomotiv", Moskva), Denis Çerışev ("Vilyarreal", İspaniya).
Qeyd edək ki, Rusiya millisi hazırlıq prosesinə sentyabrın 1-də başlayacaq. Millimizlə oyun "Ximki Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.