"Qəbələ" klubunun futbolçusu Elnur Allahverdiyevin Azərbaycan millisinin heyətində Özbəkistan yığmasına qarşı yoldaşlıq görüşündə meydana çıxarkən hamını təəccübləndirib. Sportnet.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçinin artıq çəkisi dərhal özünü büruzə verib.
Allahverdiyev uzatma dəqiqələrində zədəli Emin Nurinin yerinə meydana daxil olub. Bu zaman təcrübəli oyunçunun köklüyü diqqətdən yayınmayıb. Hətta matçı izləyən 21 yaşadək futbolçulardan ibarət millimizin məşqçisi Babək Alxasov "Elnurun bəlkə də 100 kilo çəkisi var" deməkdən özünü saxlaya bilməyib.
Qeyd edək ki, Elnur Allahverdiyev Dorinel Muntyanunun baş məşqçi postuna gəlişindən sonra "Qəbələ"də problemlərlə üzləşib. O, Topaz Premyer Liqasının ilk 2 turunun oyunlarını sonadək ehtiyat oyunçular skamyasında keçirib. Özbəkistanla qarşılaşma isə qolsuz tamamlanıb - 0:0.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |