Topaz Premyer Liqasında III turun təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, turun heç bir qarşılaşmasında əlavə köməkçi hakimlərin xidmətindən istifadə olunmayacaq.
Halbuki ilk 2 turun bəzi oyunlarına 6 hakim göndərilib. Bu dəfə həm də təcrübəli referilərdən yalnız Vüsal Əliyev təyinat alıb. O, turun açılış oyununu idarə edəcək. Gənc FİFA referisi Əliyar Ağayev isə Naxçıvana yollanacaq. Ötən tur "Xəzər Lənkəran" Orxan Məmmədovun "Sumqayıt"la oyunda penalti və qapıçı Orxan Sadıqlıya göstərdiyi qırmızı vərəqədən narazı qalmışdı. Amma AFFA Hakimlər Komitəsi yenidən Məmmədovu baş hakim qismində paytaxt derbisinə səlahiyyətləndirib.
23 avqust (şənbə)
"Bakı” – "Qəbələ”
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Cavanşir Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 18:00
24 avqust (bazar)
"Araz Naxçıvan” – "Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
Naxçıvan Muxtar Respublika stadionu, 18:00
"Simurq” – "Xəzər Lənkəran”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Mübariz Haşımov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Akif Məmmədov
Zaqatala şəhər stadionu, 19:00
"İnter” – "Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Gülağa Cabarov
"İnter Arena” stadionu, 21:00
25 avqust (bazar ertəsi)
AZAL – "Neftçi”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
"AZAL Arena” stadionu, 19:00