Topaz Premyer Liqasının III turunda Zaqatalanın "Simurq” klubu ilə qarşılaşacaq "Xəzər Lənkəran”ın məşqində maraqlı olaylar yaşanıb. Sportnet.az-ın məlumatına görə, "Bayır Arena”dakı məşq zamanı baş məşqçi Oğuz Çetin meydanın mərkəzinə gec gələn futbolçuları qeyri-adı formada cəzalandırıb.

O, həmin oyunçuları jim elətdirib. Daha sonra komanda üzvləri qruplara bölünüblər və türkiyəli mütəxəssis onların çevikliyini yoxlamaq qərarına gəlib. Bu zaman irəliyə gec atılan qrup eyni cəzaya məruz qalıb. Futbolçular əhval-ruhiyyələrini qaldırmaq üçün verilən tapşırığı qeyd-şərhsiz həyata keçiriblər.

Ardından baş məşqçi fiziki hazırlıq üzrə köməkçisi Covanni Melkiorrenin futbolçularla birgə etdiyi isinmə hərəkətlərinə qoşulub və özü də tapşırıqları fəal yerinə yetirib.

Daha bir diqqət çəkən məqam isə Çetinin stadionda "fişka”ları şəxsən özünün düzməsi olub.

Qeyd edək ki, avqustun 24-də Zaqatala şəhər stadionunda keçiriləcək "Simurq” – "Xəzər Lənkəran” matçı saat 19:00 başlanacaq və "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.