"Xəzər Lənkəran"da klubdaxili iclas keçirilib. Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlunun Sportnet.az-a verdiyi məlumata görə, prezident Mais Mənsimovun rəhbərliyi altında baş tutan toplantıda mövsümün ilk 3 turundakı uğursuzluq müzakirə olunub.
Futbolçuların nəzərinə çatdırılıb ki, rəhbərlik hazırkı baş məşqçi Oğuz Çətinlə yola davam etmək fikrindədir. Komandadan "İnter"lə qarşıdakı matçda öz adına uyğun oynamaları istənilib. Əks halda, sərt qərarlar qəbul olunacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" "İnter"lə avqustun 29-da doğma meydanda üz-üzə gələcək. İlk 3 turda AZAL-la 1:1 hesablı heç-heçə edən "ağ-yaşıllar" "Sumqayıt"a 0:1, "Simurq"a isə 0:2 hesabı ilə uduzub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |