1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ı ucaldan, "Neftçi"ni yıxan İNANC
... Hər şeydən öncə "Qarabağ"ı Avropa Liqasının grup mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu, komandanın haqq yolunda olmasının, səbrin və İNANCın zəfəridir. Çünki ağdamlılar öz torpaqları olan Qarabağdan məcburi köçkün düşdükləri vaxt "ölmüş" bir klubun adını da dəyişdirə bilərdilər.
Amma bunu etmədilər. Qarabağ torpaqlarının Azərbaycana aid olduğu inancını itirmədən səbrlə çalışdılar. Bu tarixi günü gözlədilər. Beləliklə, bütün dünyaya bu torpaqların kimə aid olduğunu göstərdilər. Bu üzdən, böyük zəfərə qovuşmaq üçün səy göstərən klubun bütün əməkdaşlarını təbrik edir, uğurlarının davamını diləyirəm.
Avroliqanın "pley-off" mərhələsinin cavab görüşlərindən öncə həm "Neftçi", həm də "Qarabağ"ın ilk matçlardakı nəticələrinə əsasən, Azərbaycan idman ictimaiyyətində çox yanlış bir fikir formalaşmışdı. Hər kəs "Nefçi"nin işinin "Qarabağ"a nəzərən daha asan olduğu inancında idi. Ancaq mən elə düşünmədim. Dedim ki, "Neftçi"nin işi "Qarabağ"dan da çətin olacaq. Çünki "Neftçi" qol vurmaqda çox da problem yaşamırdı. Xüsusən, Belqraddakı ilk matçda bunu sübut edərcəsinə "Partizan"a 2 qol vurmuşdu.
Amma hamı Neftçi"nin eyni zamanda çox asan qol buraxan komanda olduğunu unutdu. Mənim zəngin təcrübələrim bunu deyirdi: "Futbolda çox asan qol vuran yox, çox çətin qol yeyən komandalar uğura nail olur". Gördüyümüz kimi, "Qarabağ" mərhələ adladı. Çünki iki matçda yalnız bir qol buraxdı. "Neftçi" isə hər iki matçta üst-üstə 3 qol vurmasına rəğmən, ələndi. Demək, hücum etməkdən əlavə yaxşı müdafiə olunmaq da futbolda çox önəmlidir. Bu amil sadəcə futbolda deyil, basketbolda və digər növlərdə də var. Bir komandanın uğur qazanmasının sirri hücumla yanaşı, düzgün toplu müdafiə olunmaqdan keçir.
Digər tərəfdən, "Neftçi" psixoloji cəhətdən də irəlidə idi. Amma optimal nöqtədə ÖZÜNƏİNAM hissini qoruya bilmədi. Əksinə, ilk matçda sərgilədiyi oyun və vurduğu 2 qol futbolçuların özünəinamını həddən artıq çoxaltdı. Bu isə yaxşı hal deyildi. Gördüyünüz kimi, gərəksiz qırmızı vərəqələr və nizam-intizamsız oyun söylədiklərimin açıq-aşkar sübutudur.
"Neftçi"nin futbolçuları bəlkə də matça taktiki cəhətdən yaxşı hazırlaşmışdılar, amma bunu psixoloji baxımdan söyləmək mümkün deyildi. Çünki idmanda hədsiz özünəinamla özünəinamsız matça çıxmağın hər ikisi eynidir. Önəmlisi, idmanda uğura nail olmaq üçün çox lazım gələn ÖZÜNƏİNAMı optimal nöqtədə saxlaya bilməkdir.
Sevgi və sayqılarımla...
Naci ŞENSOY