
"Qarabağ”ın
Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr”in baş direktoru Andrey
Steçenko qrupu dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, ukraynalı klubun
rəsmi saytına açıqlama verib.
O deyib: "Qrupumuz çətindi. İtaliya "İnter”i Avropanın sayılıb-seçilən komandalarından biridi. A seriyasının liderlərindəndi. Onlara qarşı oynamaq hər zaman çətindir. "Dnepr” Fransız klubları ilə həmişə çətin oynayıb. Nəticələr isə heç də yaxşı olmayıb”.
Steçenko "Qarabağ” haqda da fikirlərini bildirib: "Düzünü desəm bu komandanı heç tanımıram. Ancaq son zamanlar Azərbaycanda klub futbolu inkişafdadır və "Qarabağ”ın Avropa Liqasının qrup mərələsinə yüksəlməsi buna bir daha sübutdur. Düşünürəm ki, onlarla oyunlarımız heç də asan olmayacaq. Ancaq istənilən halda qrupdan çıxmağa çalışacağıq”.