"Neftçi" klubunun futbolçusu Bruno Bertuççi Braziliyaya yollanıb. Bu haqda sportnet.az-a klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
O bildirib ki, futbolçu hazırda vətənində zədəsinin bərpası ilə məşğuldur. Futbolçunun müalicə müddətinin iki həftəyədək davam edəcəyi gözlənilir. Tahir Süleymanovun sözlərinə görə, əgər bu müddət ərzində Bertuççiyə Braziliya klublarından təklif gələrsə, klub bu transferlə bağlı danışıqlar aparmağa hazırdır. Onun sözlərinə görə bu barədə futbolçunun özü ilə razılıq əldə olunub.
Qeyd edək ki, Bruno Bertuççinin "Neftçi" ilə müqaviləsi bu mövsümün sonunda bitir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |