
"Qarabağ" klubunun futbolçusu Tərlan Quliyev Azərbaycan milli komandasına dəvət olunub. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 21 yaşlı müdafiəçi sentyabrın 5-dən etibarən millinin təlim-məşq toplanışında iştirak edəcək.
Quliyevin yığmamızın sol cinahındakı problemi aradan qaldırmaq məqsədilə çağırıldığı güman olunur.
Quliyevin yığmamızın sol cinahındakı problemi aradan qaldırmaq məqsədilə çağırıldığı güman olunur.
Qeyd edək ki, millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da "Bakcell Arena"da Bolqarıstan yığması ilə qarşılaşacaq.