Almaniyalı funksioner bildirib ki, həmin əlavə vəsait bu normalara əməl etməmələri səbəbindən cəzalanan Rusiyanın "Zenit", Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klublarının UEFA-ya ödəmələri hesabına bölüşdürüləcək: "UEFA ilə razılıq əldə olunub ki, bu pullar klublara məxsusdur".
PSJ və "Mançester Siti" 60 milyon avro, "Zenit" 12 milyon avro cərimələnib. Ümumi cərimə məbləğinin 25 milyon avrosu ötən mövsüm, daha 25 milyon avrosu isə bu mövsüm avrokuboklarda çıxış etmiş klublara bölüşdürüləcək.
Qeyd edək ki, hələlik Azərbaycan klublarının maliyyə "feyr-pley"inə nə dərəcədə əməl edib-etmədikləri məlum deyil. Bu səbəbdən, cəzalanan klubların vəsaitindən hansı komandalarımıza pul ödəniləcəyi bilinmir.