"Neftçi"nin yeni transferi Elnur Allahverdiyev Azərbaycan milli komandasının sentyabrın 9-da Bakıda Bolqarıstan yığması ilə keçirdiyi AVRO-2016-nın seçmə qrup matçı barədə danışıb. 31 yaşlı müdafiəçi Sportnet.az-a açıqlamasında millimizin çıxışından narazılığını dolayısı ilə büruzə verib.
Onun fikrincə, komandamız bundan da yaxşı oynaya bilərdi: "Bolqarıstan yığması udulası rəqib idi. Təəssüf ki, alınmadı".
Allahverdiyev son zamanlar "Qəbələ"də əsas heyətə düşə bilməməsi səbəbindən millimizin son matçına çağırılmayıb. Təcrübəli oyunçu Bolqarıstanla qarşılaşmada start heyətinin yanlışlığına da diqqət çəkib: "Ola bilər ki, heyətin qurulmasında da səhv olsun. Baş məşqçinin işinə qarışa bilmərəm. Amma mən əsas heyətdə Araz Abdullayevi görürdüm, Mərkəz müdafiəçisi mövqeyində Bədavi Hüseynovun yerinə Rasim Ramaldanov oynaya bilərdi. Eləcə də Rahid Əmirquliyevin start heyətdə meydana çıxacağını gözləyirdim. Bu 3 futbolçunun yığmamıza xeyri lap çox dəyə bilərdi. Dmitri Nazarov pis təsir bağışlamadı. O, heyət üzvlərinin bəzilərindən seçilirdi".
Müdafiəçi millidə yerli və milliləşdirilmiş futbolçular arasında qruplaşmanın olduğuna dair iddiaları isə təkzib edib: "Nə qruplaşma? Bu, milli komandadır. Biz Azərbaycan bayrağını qaldırırıq, ölkə naminə oynayırıq. Belə iddialar boş söhbətlərdir".
Allahverdiyev "Neftçi"dəki çıxışları ilə yenidən millidəki yerini qaytarmağa və gələn ay İtaliya və Xorvatiya ilə qarşılaşmalarda yer almağa çalışacağını əlavə edib.
Qeyd edək ki, Bolqarıstanla matç Azərbaycan yığmasının məğlubiyyəti ilə yekunlaşıb - 1:2.