
Xəbərdə bildirilir ki, iyuldan SOCAR-la aparılan danışıqların yekununda anlaşmanın əldə olunduğu ortaya çıxıb. Danışıqları SOCAR tərəfdən şirkətin sərmayələr idarəsinin rəisi Vaqif Əliyevin apardığı vurğulanır. Yazıda V.Əliyev həm də "Qalatasaray" azarkeşi kimi qələmə verilib. SOCAR-ın forma reklamı yalnız Türkiyə Super Liqası matçlarına şamil olunacaq.
Çempionlar Liqası qarşılaşmaları üçün isə "Qalatasaray"ın Rusiyaya məxsus "Sberbank"la anlaşdığı açıqlanıb. Bu bank klubun uzun illər birgə əməkdaşlıq etdiyi və kredit aldığı "Denizbank"ın da sahibidir.
Həm SOCAR, həm də "Sberbank" "Qalatasaray"ın köks reklamı olacaq. Qol reklamının isə "NG Kütahya Seramik"ə məxsus olacağı bildirilir.
Qeyd edək ki, SOCAR-ın "Qalatasaray"a forma sponsoru olacağına dair xəbərlər 2 ay öncə də ortaya atılmışdı. Həmin vaxt şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Sportnet.az-a açıqlamasında həmin xəbəri təkzib etmişdi.