Oğuz Çətin: "Mövsümə çətin başladıq və işlərimiz ətin də gedir. Belə olmamalı idi. Xüsusən, say üstünlüyü əldə etdiyin oyunda 3 xal itirmək çox üzücü idi". Sportnet.az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin "Neftçi"yə 0:1 hesablı məğlubiyyətdən sonra deyib.
O bildirib ki, rəqibin qırmızı vərəqə almasından sonra üstünlük öz tərəflərində olduqda, qol vurmalı idilər: "Qol vurmadan qələbə qazanmaq olmaz. Bizim problemimiz də bundan ibarətdir. "Neftçi" azlıqda qaldıqdan sonra 10 nəfərlə müdafiə olunurdu. Oyunçuların hər biri özünü yaxşı analiz etməlidir. Növbəti turlarda itirdiyimiz xalları bərpa etməyə çalışacağıq".
Mövsümə belə başlamağın "Xəzər Lənkəran" üçün yaxşı hal olmadığını deyən Çətin futbolçularının cəzalandırılacağına işarə vurub: "Bizim mükafat və cəza qaydalarımız var. Bu, böyük klub, cameədir. Futbolu daha çox yaşamaq lazımdır. Bunları öz aramızda çözəcəyik. Mbilla və Nildo vaxtında da hücumda problem var idi. Fasiləyədək belə davam etmək fikrindəyik. 5 oyunun 3-ünü uduzmaq xoş deyil. Amma ötən mövsüm 4 oyunda 3 qələbə, 1 heç-heçə etmişdik. Amma növbəti turlarda "Araz Naxçıvan" və "Qəbələ"ni yenməliyik. Ən önəmlisi, mübarizəni davam etdirməkdir".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |