
"Sent Etyen” klubunun futbolçusu Romen Amuma gələn həftə start götürəcək Avropa Liqası haqqında Fransa mətbuatına açıqlamalar verib. Sportnet.az-ın məlumatına görə, fransız yarımmüdafiəçi növbəti rəqibləri "Qarabağ” barədə fikirlərini bölüşüb.
O deyib: "Gələn həftə biz Avropa Liqasında yarışa başlayırıq. "Qarabağ”a qarşı oyunda öz güclü tərəflərimizə güvənməliyik. Azərbaycan təmsilçisi kiçik komanda deyil və stadion tam dolu olacaq”.
Qeyd edək ki, "Qarabağ” və "Sent Etyen” arasındakı ilk oyun sentyabrın 18-də Bakıda baş tutacaq.













































































