
Sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Sportnet.az-ın məlumatına görə, iclasda Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşəcək.
Qalib şəhərlər Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə elan olunacaq. Tədbirdə Azərbaycanı 11 nəfərdən ibarət nümayəndə heyəti təmsil edəcək:
1. Rövnəq Abdullayev - AFFA-nın prezidenti
2. Elşad Nəsirov - AFFA-nın vitse-prezidenti
3. İskəndər Cavadov - Futbol veteranı, AFFA-nın İcraiyyə Komitəsinin üzvü
4. İqor Ponomaryov - Futbol veteranı, 1988-ci il Olimpiya çempionu
5. Muxtar Babayev - AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin sədri, Milli Məclisin deputatı
6. Elxan Məmmədov - AFFA-nın baş katibi, Baku-2020 İşçi Qrupun sədri
7. Berti Foqts - Azərbaycan milli komandasının baş məşqçisi
8. Zaur Qəhrəmanov - AFFA-nın baş sponsoru olan SOCAR-ın nümayəndəsi
9. Könul Mehtiyeva - AFFA-nın Beynəlxalq Əlaqələr Departmenti, Baku-2020 sifariş komitəsinin koordinatoru
10. Əminə Heydərova - 19 qızlar yığmasının üzvü (FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin iştirakçısı)
11. Nigar Cəlilli - 19 qızlar yığmasının üzvü (FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin iştirakçısı)