
"Qarabağ" və Fransa "Sent Etyen"i arasında keçirilən Avropa Liqası matçında iki komanda azarkeşləri arasında insident baş verib. Sportnet.az-ın məlumatına görə, 78-ci dəqiqədə tribunadakı azsaylı fransalı azarkeşlərin hərəkəti qonşuluqdakı yerli fanatların qəzəbinə tuş gəlib.
Nəticədə fransızların olduğu sektora plastik qablar atılıb. Polis müdaxiləsindən sonra ara sakitləşib.