"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Fransa "Sent Etyen"i ilə Avropa Liqası matçında 2 məcburi əvəzləməyə əl atıb. Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis əvvəlcə Çumbinyonun yerinə Vüqar Nadirovu buraxıb.
Səbəb braziliyalı yarımmüdafiəçinin ilk yarının uzatma dəqiqələrində ikinci dəfə zədələnməsi olub. Meydanı xərəkdə tərk edən "sambaçı" ikinci hissə başlayan kimi Vüqar Nadirova yerini verib.
80-ci dəqiqədə isə Muarem Muarem uzun müddət yerdə qalıb. Məhz hakim müdaxiləsindən sonra oyun dayandırılıb və makedoniyalı yarımmüdafiəçinin əvəzinə Danilo Dias meydana daxil olub.
Oyundan sonra Qurbanov Muaremin vəziyyətinin qaydasında olduğunu bildirib. Çumbinyoya gəldikdə, baş məşqçi bildirib ki, hər şeyə bu gün aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək. Amma o, ilkin ehtimallara əsasən, "sambaçı"nın zədəsinin ciddi olduğunu bəyan edib.
Qeyd edək ki, Çumbinyo zədə üzündən Avroliqanın "pley-off" mərhələsində Hollandiya "Tvente"si ilə ilk görüşdə oynamayıb. Cavab matçında isə o, 79 dəqiqə meydanda olub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |