O, UEFA-nın çempionatı qitənin müxtəlif şəhərlərində keçirməklə bağlı qərarını tam dəstəkləyib: "Təşkilatçı şəhərlərlə bağlı tələblər əhəmiyyətli dərəcədə artır. "Avropa çempionatını Avropa üçün" təşkil etməyə qərar verilib. Bu, kiçik federasiyalara çempionatı təbliğ etmək və geniş məkanda yaymağa, təkcə Avropa Birliyi ölkələrinin şəhərlərinin deyil, həm də onun hüdudlarından kənardakı şəhərlərin nümayişinə imkan verəcək. Avopa Birliyi müxtəlif məkanlardakı stadionlarda təhlükəsizliyi və azarkeşlərin rahatlığını təmin etmək üçün müştərək fəaliyyətə hazırdır. Avropa Komissiyası unudulmaz futbol festivalının qitəyə yayılması üçün UEFA ilə birgə işləyəcək. Mən AVRO-2020-yə çox ümidliyəm və əminəm ki, məhz bu format komandaların sayının artması ilə bərabər ən yaxşıları müəyyənləşdirəcək. Bu, Avropa ilə UEFA arasındakı münasibətlərdə vacib məqadır. Çünki AVRO-2020 sıx əlaqələri və əməkdaşlığı, ümumi dəyərləri möhkəmlətmək imkanı verəcək".
Qeyd edək ki, AVRO-2020-nin təşkil olunacağı şəhərlər arasında Bakı da var. Azərbaycan paytaxtında qrup mərhələsinin 3, 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.